SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

BAKU.WS
-in məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən Bakıda iki Polis Bölməsinin rəisi işdən çıxarılıb.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb. 9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb. Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

Nazirik digər əmrinə əsasən Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi Natiq Qasımov tutduğu vəzifədən azad edilib. Nazirin əmrilə N. Qasımov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib. Hələlik boş qalmış rəis yerlərinə yeni təyinat yoxdur.

BAKU.WS