Qəzaya uğrayan avtobus Beynəlxalq Daşınmalarda iştirak edən “Araz trans” şirkətinə məxsus “Mercedes” markalı iritutumlu avtobusdur.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirib.

“Avtobus Bakı-Tiflis marşrutu üzrə işləyir. Avtobus dünən axşam Tiflisdən çıxıb və avtobus bu gün səhər Bakı Beynəlxalq Avtovağzalda olmalıydı. Lakin avtobus səhər saat 4-ə yaxın Ələt yolundə qəzaya uğrayıb”, - deyə Nuridə Allahyarova bildirib.

Ziya SƏCCAD
BAKU.WS


***12:06***

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb. Aşan avtobusda 3 nəfər xəsarət alıb.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, qəza zamanı xəsarət alanlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Yaralılar 37 yaşlı kişi kəllə beyin travması, 26 yaşlı qadın sol və sağ ayağın travması və 18 yaşlı oğlan qapalı kəllə beyin travması alıb. Yaralıların vəziyyəti orta-ağırdır.

Ziya SƏCCAD
BAKU.WS