VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


 

Dövlət Təhlükəsizliyi Xidmət (DTX) Nardaran sakini Natiq Kərimovun həbs edilməsilə bağlı məlumat yayıb.


 

Qurumun ictimai əlaqələr idarəsindən BAKU.WS-ə verilən məlumata görə, DTX əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticəsində məlum lub ki, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət edib. Bu ittihamlara dair əsaslı şübhələr müəyyən edilib.


Bununla əlaqədar Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 07 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ziya Babayev

BAKU.WS