VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ramazan ayı mayın ilk günlərinə təsadüf edəcək.


Cümə məscidindən BAKU.WS-ə verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.

Bundan başqa, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.

Eyni zamanda təqvimdə Ramazan bayramı iyunun 5-ə düşəcək.

Lakin dəqiq qərar Qafqaz Müsəlmanları İdarəsinin keçirəcəyi yekun iclasdan sonra veriləcək.

İclasda qərar ayın görünməsinə uyğun deyiləcək.

Ziya SƏCCAD
BAKU.WS