SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.


BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədova

polkovnik Zaur Aydın oğlu Əliyevə

polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.

BAKU.WS