VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir. Yanğının qonşuluqdakı tiklilərə keçməsinin qarşısı alınmasaydı, hadisənin qarşısını almaq çox çətin olardı".

BAKU.WS REAL TV-yə istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

Qeyd edək ki, Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

BAKU.WS