VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğın zamanı 6 nəfərin halı pisləşib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, halı pisləşənlərdən 2 nəfər ticarət mərkəzində mağazası olan sahibkarlardır. Digər 2 nəfər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır.

Hadisə zamanı halı pisləşən şəxslərə yardım edilib. Yaralanan bir nəfər isə xəstəxanaya yerləşdirilib.

***10:52***


"Hadisə zamanı insan təlafatı qeydə alınmayıb".

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, yanğın qeydə alınan əraziyə 6 təcili yardım briqadası cəlb olunub.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, hadisə zamanı 1 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı xəsarət alıb. Onu 3 saylı Sabunçu Xəstəxanasına aparıblar.

Bundan başqa, bir neçə nəfər tüstüdən zəhərlənmə ilə bağlı təcili tibbi yardım həkimlərinə müraciət ediblər. Onlara ilkin yardım göstərilib.

Qeyd edək ki, Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Daha sonra yanğın güclənib və ətraf ərazilərə keçib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Ziya SƏCCAD
BAKU.WS