SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İran Səudiyyə Ərəbistanı hərbi təyyarələrinin Yəmənin paytaxtı Sanadakı səfirliyin vurulduğunu iddia edib. 
 
BAKU.WS-in məlumatına görə, İran Xarici İşlər Nazirliyi sözçüsü Hüseyn Cabir Ənsari bildirib ki, səfirlik binasına dəyən ziyan və xəsarət alanların məsuliyyəti Səudiyyə Ərəbistanın üzərindədir. 
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Səudiyyə Ərəbistanı İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verib.
 
Şahin Həbibov
BAKU.WS