VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün səhər saat 6-7 radələrində “BakuBus” şirkətinə məxsus iki sərnişin avtobusu toqquşub.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan iki “BakuBus” avtobusu toqquşub.

Qəzaya uğrayan avtobusların içində sərnişin olmayıb. Bu səbəbdən də, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS