VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov “Xruşşovka” tipli binaların söküntüsü planları barədə danışıb.


BAKU.WS Real TV-yə istinadən xəbər verir ki, Kəmaləddin Heydərovun sözlərinə görə, Badamdar və Bayıl sürüşmə sahələrində tədqiqat işləri aparılması üçün Yaponiyadan mütəxəssislər dəvət olunub.

Bu ərazilərdə tədqiqat üçün quyular qazılır. Nazir qeyd edib ki, bir neçə il öncə Bayıl yamacının bir hissəsi müvəffəqiyyətlə bərpa edilib, hazırda Zığ, Əhmədli, Bayıl sürüşmə sahələrində mütəxəssislər tədqiqat işləri aparır:

"Tədqiqatlar bitdikdən sonra həmin ərazilərlə bağlı yekun qərar veriləcək".

Kəmaləddin Heydərov deyib ki, Bakıda, 1-ci mikrorayonda köhnə tikililərin sökülüb yenidən inşa olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Ərazidə tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır.

BAKU.WS