SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu alman "pələngini" hər kəs səbirsizliklə gözləyirdi, fikirləşərək ki maşının yaradıcıları lüks krossoverlərin pərəstişkarlarını nə ilə təəccübləndirə bilərlər.


Porsche Azərbaycan şirkəti yeni Macan-ın təqdimatını Bakıda təşkil etdiyi bir vaxtda, mən bu modeli test etmək üçün mən Avropanın ən koloritli, gözəl və mənzərəli şəhərlərindən birinə, Portuqaliyanın paytaxtına, maraqlı və təkrarolunmaz Lissabona yola düşdüm.

Ora çatarkən mənə Macan-ın baza versiyasının açarın təqdim etdilər. Mənim marşrutumun uzunluqu təxminən 200 km təşkil edirdi: bir hissəsi şəhər daxili yürüş, digəri isə avtoban və offroad.


Sükan arxasına oturarkən iki litr həcimli mühərriki yeraltı parkinqdə işə saldım və səssiz işləyən mühərriki hiss etməyə başladım.

Küçəyə sürərək ayağımı tam olaraq qaza basıram. Macan itaətkarlıqla yerindən götürülür və irəliləyir.

PDK ötürücü qutusu öz işinin öhtəsindən mükəmməl gəlir. Şəhərdaxili yürüşdə maşın kifayət qədər dinamikdir.
Şəhərdə ağır trafikə daxil ola bilmədiyimə görə adaptiv kruiz-kontrolun işin yoxlaya bilmədim.


Avtobanda isə 180 km/s sürətlə mən maşının yolun xəttini gözləmək keyfiyətin yoxladım, kruiz-kontrolu işə saldım və o avtopilotda avtomobillər arası məsafəni qoruyub saxlamaq üçün mənə kömək oldu.

6,7 saniyədə 100 km/s sürət yığma pis deyil (Sport Chrono paketi olanda 0,2 saniyə az təşkil edir). Ən yüksək sürət – 225 km/s göstərilib, amma mən sürəti 232 km/s çatdırdım.


Yeni əyləc sistemi əla işləyir. Mən iki dəfə - 160 və 200 km/s sürətində əyləci tam basdım. Avtomobil tam və dəqiq zolaqda dayandı.

Nahardan sonra mən test etmək üçün Macan S modelinin sükanı arxasına keçdim. Bu modelə 354 at gücü və 480Nm fırlanma anı məxsusdur. Bundan əlavə altı silindr, ələ səsli müşayiət və Sport Chrono paketi sürücünü sevindirir.

Sürət yığma prossesi o qədər də güclü olmasa, çox rahat və xoşdur.

Bir az sonra standart rejimdən maşını Sport+ rejiminə keçirtdim. Qeyd edim ki “sport” Macan S-də kifayət qədərdir. Dinamika avtobanda da, serpantin yolda da olduqca kifayət edir.


Yeri gəlmişkən, restaylinqdən qabaq Macan Turbo modelində 400 at gücü hətta artıq görünürdü.

Şassinin tənzimləməsin xüsüsi vurğunlamaq və qeyd etmək istəyirəm.

Əvvəlki Macan-la müqayisəsiz anlamaq çətindir, hansında daha yaxşı olub.

Ressorlanmamış kütlələr azalıb? Bəli. Bu yürüşün hamarlığında əks edilməli idi. Tənzimləmə sistemin dəyişiblər? Bəli.
Hər halda nəticə birdir – avtomobilin idarə oluna bilməsi və yürüş hamarlığı arasında əla balans mövcüddur.
Yenə də əsas suala cavab verərək – iki litr həcimli mühərriki olan modeldə Porsche ruhu varmı? – deyərdim, var.


Bir söz ilə - əsl Porsche–dir.

Bir balaca təchizatın yenilənməsi və salonun dizaynından danışaq.

Avtomobilin interyeri eksteryerindən daha çox dəyişib.

Ən parlaq yeniliklər avtomobilin içindədir: 10,9 düymlük sensor ekranı yeni Porsche Communication Management (PCM) sistemi ilə.


Bu isə yeni rəqəmsal funksiyalara - intellektual səsli idarəetmə, real vaxt rejimində trafik haqqında informasiya olan onlayn-naviqasiya sisteminə giriş etməyə icazə verir.

Ventilyasiya deşikləri yenidən layihələşdirilmişdir (ekranın altında keçirdilmişdir), avtomobil 911-ci modelinə oxşar idman üslubunda yeni sükan alıb.

Bundan əlavə, komfortu və rahatlığı təmin edən avadanlıqlar daha qenişlənib - tıxacda hərəkəta assistent olan adaptiv kruiz-kontrol, ionizator və qızdırılan ön şüşə, maşının yeni sahibinə daha çox həzlər yaşadacaq.


Texniki cəhətdən də bir çox diqqətəlayiq dəyişiklik var: təkmilləşdirilmiş yeni Pirelli şinləri (21 düymə qədər böyük diskləri sifariş etmək imkanı ilə) daha da yaxşı yan dinamikasını təmin edirlər.

Şassi və elektronika optimallaşdırılmışdır, iki muftalı robotlaşdırılmış PDK sürət qutusu yenidən tənzimləşib.

Porsche Macan-ın görünüşdə ən əhəmiyyətli dəyişiklik – axırıncı Cayenne və Panamera-ya bənzər öz aralarında işıq diodu zolağıyla birləşdirilmişdir yeni arxa faralardır.


Macan-ın yenilənmiş bamperləri və işıq diodlu faraları hər avtomobil pərəstişkarı cəlb edəcək.

Kuzovun rənglərinin seçimi daha genişlənib.

“Porsche Azərbaycan”a test-drayvın təşkilinə görə minnətdarlıq edirik.

ORXAN MƏMMƏDOV
BAKU.WS