VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşır.
 
BAKU.WS-in məlumatına görə, Brent markalı neftin bir bareli son 11 il ərzində ən aşağı səviyyəyə düşüb. "Qara qızıl" hazırda dünya bazarında alıcılara 34,97 dollara təklif olunur.
 
WTI (Texas) neftinin qiyməti də ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas neftinin bir bareli 34,94 dollara qədər geriləyib.
 
Neftin qiymətinin sürətlə ucuzlaşması dünyanın ən böyük istehlakçı ölkəsi olan ABŞ-ın bu axşam həftəlik neft ehtiyyatlarının həcmini açıqlaması ilə əlaqəlidir. Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanacaq olan rəsmi göstəricilərdə neft ehtiyyatların 500,000 barel artması gözlənilir. Məhz bu səbəbdən neftin qiyməti durmadan ucuzlaşır. 

Analitiklər xam neftin növbəti bir neçə ay ərzində 30 dollara qədər düşəcəyini bildirib. ABŞ ehtiyatları beş ilin orta göstəricisindən 130 milyon barrel daha çoxdur. 
 
Şahin Həbibov
BAKU.WS