SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir çox biznes və media nümayəndələrinin maraq dairəsində olan «Golden People Awards» mükafatlandırma mərasimi baş tutdu. 


BAKU.WS-in məlumatına görə, nüfuzlu mükafat sayılıb-seçilən incəsənət, media nümayəndələrinə, iş adamlarına, tibb, idman sahəsində çalışan şəxslərə, ictimai və elm xadimlərinə, "influencer"lərə və şirkətlərə təqdim olundu.

Öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak etdilər.


Mukafat alanlar arasında Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adel İbrahim, Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos D. Kanellos, Fransanın ölkəmizdəki səfiri Orelia Buşez, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi, Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli olub. Tacikistanın Xalq artistləri Frazionai Xurşid və Suraya Kosimova isə tədbirə qonaq kimi qatılmışdılar. Milli Məclisin deputatları Sona Əliyeva və Dilarə Cəbrayılova da mükafat alanlar arasında idi.

Media sahəsində əldə etdiyi uğurlara görə BAKU.WS saytı da mükafata layiq görüldü. 



Yerli ulduzlardan Xalq artistləri Faiq Ağayev, Məleykə Əsədova, Flora Kərimova, Əməkdar Artist Suğra Bağırzadə, müğənnilər Gunay İbrahimli, Nura Suri, Səmra Rəhimli, Samir Cavadzadə, Fərid Həsənov, Samir Priyev, aparacılar Çinarə Əliyeva, Hacı Nuran Hüseynov, "influencer" Nigar Muradi, bloqqer Ramin Musayev, idmançılar Eduard Məmmədov, Mahir Mədətov, ictimai xadimlər Pərvin Şərifov, Aqil Acalov, Rəvan Bəşirov, dəb sahəsindən Gülnarə Xəlilova, Cəlal Kəngərli, Afaq İsmayılzadə, Songül Başar (Türkiyə), Fuad Hacıyev, Elnur Həsənov, Günəş Nur, tibb sahəsindən dr. Xəyal Səmədov, dr. Türkan Gündüz, dr. Rəna Sultanova və digərləri mükafatçılar arasında idi.

Layihənin təşkilatçıları Ləman Mirtalıblı və Aqil Məmiyevdir.

BAKU.WS