VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakının Pirallahı rayonunda bir nəfər borca görə özünü asıb.

BAKU.WS-in məlumatına görə, bu barədə virtualaz.org-a Pirallahı Rayon Polis İdarəsindən bildiriblər.

Məlumata görə, dünən saat 17:10 radələrində Pirallahı qəsəbəsində 1966-cı il təvəllüdlü Ələmdar Oruc oğlu Salamov intihar edib. O, özünü evin damından məftillə asıb.

İlkin araşdırma zamanı məlum olub ki, Salamovu bu addımı atmağa banklara böyük məbləğdə borcunun olması məcbur edib. O, borclarını qaytara bilmirmiş. Ölümündən əvvəl Salamov çoxlu miqdarda spirtli içki qəbul edib.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS