Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub.

BAKU.WS xəbər verir ki, bu barədə “bloknot Volqoqrada” portalı məlumat yayıb. Verilən məlumata görə, hadisə Volqoqrad yaxınlığındakı Frolovo şəhərində qeydə alınıb.

Bildirilir ki, martın 10-da gecə saatlarında erməni və azərbaycanlı ailəyə məxsus mağazaya basqın olub. Basqın dağıstanlılar tərəfindən təşkil edilib.


İnsident zamanı dağıstanlılar silaha əl atıblar. Açılan atəş nəticəsində mağazanın sahiblərindən biri ölüb. Bundan başqa, 3 nəfər də ağır yaralanıb. Yaralılardan 3-ü dağıstanlıdır.

Onlardan biri ilk atəş açan və ermənini öldürən şəxsdir. Digər yaralı isə mağaza sahiblərindən digəri, milliyətcə azərbaycanlıdır.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 4 dağınstanlı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS