VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin İstanbul şəhərində güclü qasırğa və leysan olduğu üçün bir çox uçuşlar təxirə salınıb.

 

BAKU.WS-in məlumatına görə, Atatürk Hava Limanında fırtına olduğu üçün Türk Hava Yollarına məxsus 84 təyyarənin uçuşu təxirə salınıb. Uçuşlar hava şəraiti əlverişli olana qədər dayandırılacaq.


Bildirilir ki, havanın yanvarın 7-nə qədər əlverişsiz olacağı gözlənilir. Uçuşlar barədə intensiv xəbər almaq istəyənlər www.turkishairlines.com saytına daxil ola bilərlər.


Qeyd edək ki, İstanbuldan Bakıya gəlməli olan təyyarələr də müvəqqəti olaraq uçuşları həyata keçirtməyəcək.


Ziya Babayev

BAKU.WS