SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Prezidenti İlham Əliyevin Ağsu və Şamaxı rayonlarına səfəri vətəndaşlarla ünsiyyətin nümunəvi modeli ilə yadda qaldı.

Dövlət başçısı yerli sakinlərlə görüşü zamanı onların müraciətini şəxsən dinlədi, məktublarını qəbul etdi. Prezident martın 7-də Şamaxıda bildirdi ki, məktubların hamısına baxılacaq:

“Mənə dünən Ağsu rayonunda, eyni zamanda, bu gün Şamaxı rayonunda məktublar verilib. Bütün məktublara baxılacaq. Burada müxtəlif təkliflər, müxtəlif şikayətlər, xahişlər var. Məhkəmə işləri, evlə, işsizliklə, sosial ədalətsizliklə bağlı məktublar var. Hər bir məktuba diqqətlə baxılacaq. Xahiş edirəm məktubları mənim köməkçilərimə çatdırın. Mən özüm bunlara baxacağam və lazımi göstərişlər veriləcəkdir. Azərbaycan dövləti öz sosial siyasətini aparmaqda israrlıdır. Vətəndaşları narahat edən bütün məsələlər öz həllini tapacaq. Mən gəlmişəm sizdən bunu eşidim. Bu dəstəyə görə, bu hörmətə görə sizə təşəkkür edirəm, sizi bağrıma basıram. Əmin ola bilərsiniz ki, bütün məsələlər həll olunacaq”.

“Real İntervyu” verilişinin qonağı olan millət vəkili Aydın Mirzəzadə vətəndaşla ünsiyyətin dünyada nadir təsadüf olunan modelini şərh edib.

BAKU.WS