VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Sabunçu rayonunda 3 nəfər bıçaqlanıb.

BAKU.WS
-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbəsi Bağırov 98 ünvanında yaşayan Qurbanov İlham Zakir oğlu yoldaşı 1985-ci il təvəllüdlü Qurbanova Mədinə Ramiz qızı, baldızı, 1986-ci il təvəllüdlü Əliyeva Aynurə Ramiz qızını və qayınanası, 1961-ci il təvəllüdlü Əliyeva Çimnaz Məşədibaba qızına çoxsaylı bıçaq xəsarətləri yetirib.

Hər üç yaralı çağırılan təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, Əliyeva Aynurə Ramiz qızına döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası, Əliyeva Çimnaz Məşədibaba qızı və Qurbanova Mədinə Ramiz qızı isə boğaz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Hər üç yaralı dərhal əməliyyata alınıblar. Hazırda xəstələrin vəziyyəti ağır olaraq qalır.

Faktı Sabunçu Rayon Polis İdarəsi təsdiqləyib. Polisdən verilən məlumata görə, hadisə baş verəndən sonra Qurbanov İlham Zakir oğlu idarəyə gələrək təslim olub. Hadisənin nə səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

BAKU.WS