SİZİN REKLAM BURADA!
055 213 76 73



"Dövriyyəyə yeni manatın buraxılacağı haqda xəbərlər həqiqəti əks etdirmir".

BAKU.WS-in məlumatına görə, bunu axar.az Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev sosial şəbəkələrdə dövriyyəyə yeni manatın buraxılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
 
MB sözçüsü bu barədə müzakirələrin belə getmədiyini qeyd edib: "Hətta yeni əsginazların "fotolarını” da dərc ediblər. Bütün bunlar yalan və əsassız xəbərlərdir, heç bir əsası yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi saytlarda yayılan xəbərlərdə yeni pulların Almaniyada çap ediləcəyi bildirilib və hətta yeni əsginazların fotoları da düzəldilib.
 
BAKU.WS