VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dərmanların keyfiyyəti və təhlükəsizliyi daim diqqət mərkəzindədir. 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri öz mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və.s) dərman preparatlarının siyahısını yerləşdirib. Bu da əhali arasında çaşqınlığa səbəb olub.

Məlumat üçün bildirilir ki, qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, dərman bazarında vəziyyət stabildir, dərmanların, keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir.
 
BAKU.WS