VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb.

BAKU.WS  ONA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

- 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu
- 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu
- 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu
- 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu
- 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu
- 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.  

BAKU.WS

09.50

Bu gün - 6 mart tarixində Azərbaycandan Moskvaya sərnişin daşıyan mikroavtobus Rusiyanın Stavrapol vilayətində qəzaya düşüb.

BAKU.WS
 Rusiya KİV-ə istinadən xəbər verir ki, mikroavtobus səhərə yaxın - saat 06.30 radələrində “Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında “QAZ 66” markalı yük avtomobili ilə toqquşub.

Qəza yük avtomobilinin mikroavtobusun yoluna çıxması nəticəsində baş verib.

Stavrapol vilayəti Daxili İşlər İdarəsinin məlumatına görə, qəza nəticəsində altı sərnişin ölüb. Dörd nəfər hadisə yerində, 2 nəfər xəstəxanaya aparılarkən yolda keçinib.

Digər beş sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Avtoqəzanın iştirakçılarının dəqiq sayı və onların yaşayış yeri məlum olmasa da, onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Mikroavtobusun Azərbaycandan Moskvaya fərdi sərnişin daşımaları ilə məşğul olduğu bildirilir. Bu, Azərbaycandan Rusiyaya sərnişin daşıyan mikroavtobusların qəzaya düşməsi ilə bağlı birinci hadisə deyil.

Zülfiyyə Qurbanova
BAKU.WS