SİZİN REKLAM BURADA!
055 213 76 73



Yanğın zamanı xəsarətlə bağlı 22 müraciət daxil olub.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə məlumat verib.

“Onlardan 14 nəfər Respublika Toksikologiya Mərkəzinə gətirilib. Müraciət edənlərdən 5 nəfər xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Hadisə zamanı 2 nəfər ölüb”, - deyə Səfayə Əhmədova bildirib.

***08:29***

Bakı şəhərinin Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı beşmərtəbəli yataqxana binasında güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanğın binanın 4-cü mərtəbəsindəki mənzildə yanğın baş verib. Bu barədə quruma məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, yanğın zamanı 8 nəfər tüstüdən boğulub və ya yanğın zamanı xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

ONA-nın verdiyi məlumata görə isə, hadisə zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.

İlkin ehtimala görə, yanğın elektrik xətlərində yaranmış gərginlik və qısaqapanma zamanı baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

Ziya SƏCCAD
BAKU.WS