VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünya valyuta bazarında Azərbaycan manatı dollar qarşısında ucuzlaşmaqda davam edir. 

BAKU.WS-in məlumatına görə, USD/AZN cütlüyü səhər saatlarında seansı 1,5620 ilə açıb. Ancaq qısa bir müddətdən sonra Azərbaycan Mərkəzi Bankı məzənnəni açıqlayıb (1,5610 AZN) və manatın kursu dəyişib. AMB-nin müdaxiləsinə baxmayaraq qısa müddət sonra dollar yenidən bahalaşaraq 1,6066 AZN-ə çatıb. 
 
Avropanın vahid valyutası isə AMB-nin açıqladığı rəsmi məzənnədən də aşağı düşüb. Avro səhər saatlarında 1,6895 AZN-ə bərabər idisə, hazırda valyuta bazarında manat 1,6885 AZN-dir. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcək.

Şahin Həbibov
BAKU.WS