SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yanında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, məktəb binasının yanında tikilidə tüstüləmə və yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun qarşısı alınıb.

Hadisənin görüntülərini təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS