VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Bakıda fəaliyyət göstərən nəhəng supermarket şəbəkələrindən olan "BazarStore” bağlanmayacaq. Bu barədə yayılmış məlumatların hamısı şaiyədir".

Bu barədə BAKU.WS-ə "Azersun Holdinq” MMC-dən bildiriblər. Verilən məlumata görə, "BazarStore” bağlanmır və onun heç bir filialı da fəaliyyətini dayandırmır.

"Deyilənlərin əksinə olaraq "BazarStore” supermarketlər şəbəkəsi fəaliyyətini daha da genişləndirir. Onun adının dəyişdirilməsi məsələsi də doğru deyil", - deyə "Azersun Holdinq” MMC-dən vurğulanıb.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində "BazarStore” supermarketlər şəbəkəsinin bağlanacağı barədə məlumatlar yayılıb. Deyilənlərə görə, onun yerinə "Azərbaycan market” açılacaq.

Ziya Babayev

BAKU.WS