VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir.

BAKU.WS
-in məlumatına görə, bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək.

Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

İş günü 27 martdan hesablanacaq.

Beləliklə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 2, 3, 8, 9, 10, 16, 17, 20, 21, 22, 23, 24, 25, 26, 30, 31 tarixləri iş günü deyil.

Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb.

BAKU.WS