SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda yanğın hadisəsi baş verib.

BAKU.WS
-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Rayon ərazisində sahibi məlum olmayan, dayanacaqda dayanmış "RANGE ROVER" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Babayev

BAKU.WS