055 213 76 73
Dekabrın 10-u 2018-ci ildə gecə saat 3 radələrində Bakının Nəsimi rayonunda həyat yoldaşı 1988-ci il təvəllüdlü Adelya Taxvelini qətlə yetirən Ramiz Pərviz oğlu Taxveli ilə bağlı yeni məlumatlar əldə etmişik.
BAKU.WS-in eksklüziv məlumatına görə, hazırda Ramiz Taxveli Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırda onun səhhətində problem olmadığı deyilir.
Qeyd edək ki, ötən ilin son ayında Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə,
Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Adelya 2013-cu ildən "Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.
BAKU.WS