Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.


BAKU.WS xəbər verir ki, elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları “vuran” sürücülərdən pul tələb edirlər.

Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.

Həmin videonu BAKU.WS-ə göndəriblər. Görüntülər Yasamal rayonu ərazisində qeydə alınıb. Videodan da göründüyü kimi bir qadın yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən “Mercedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilin üstünə atılıb. Qadın maşına dəyib və yerə yıxılıb.

Videodan da açıq-aydın görünür ki, qadın bilərəkdən özünü maşının üstünə atır. Göründüyü kimi bu hadisə intihara cəhd də deyil. Çünki qadın intihar etmək istəsəydi, maşının qarşısına atılardı. Həm də, ölmək istəyən şəxs yavaş hərəkət edən maşının yox, sürətlə gedən avtomobilin altına atılar.

Maşının sürücüsü Elməddin Bayramov maşını saxlayıb və qadının vəziyyətilə maraqlanıb. Qadını həkimə aparmağı da təklif edib. Lakin piyada razılaşmayıb.

Baş verən hadisənin görüntüsünü təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ