Dünya birjalarında neftin qiyməti bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,44 dollar (1,19%) bahalaşaraq 37,04 dollara çatıb. 
 
Londonun İCE ("İnterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar (2,20%) bahalaşaraq 37,28 dollar təşkil edib.
 
Qeyd edək ki, 2016-cı ildə neftin qiymətlərinin sabitləşəcəyi proqnozlaşdırılır. "Capital Economics”in beynəlxalq iqtisadçısı Andrew Kenningham bildirir ki, güclü beynəlxalq tələblə bərabər neft qiymətləri də sabitləşəcək. Onun sözlərinə görə, Çin iqtisadiyyatının inkişaf edəcəyi təqdirdə eyni prosesin qiymətli metal bazarında da müşahidə olunacaq. 

BAKU.WS