SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı metrosunda sərnişin sıxlığı müşahidə olunur.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, metronun “28 may”, “Gənclik”, “Nərimanov”, “Koroğlu” və digər stansiyalarında basabas yaşanır. Həmçinin bir neçə stansiya arasında və platformalarda qatarların hərəkəti ləngiyir.

Məsələ ilə əlaqədar Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisi BAKU.WS-ə bildirdi ki, bu gün səhər saatlarından Bakı metrosunda sərnişin sıxlığı müşahidə olunur.

“Metro qatarlarınnın heç birində texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlərin qatarların qapılarını tutub-saxlamaları və digər ləngimələr qatarların qrafikinin pozulmasına səbəb olur.

Bununla da, tunellərdə və platformalarda qatarlar gözləməli olur”, - deyə B.Məmmədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS