Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın başlayıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS