SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. 
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla verdiyi məlumata görə, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda "Kursor” gəmisi kişi cəsədi aşkar edib.
 
Dərhal yaxınlıqda olan Türkmənistana məxsus "Topaz Leqenda” gəmisinə məlumat ötürülüb və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılıb.  Cəsədin üzərində olan xilasedici qeyimində "Azneft" yazısı müəyyən edilib.

Əlavə məlumat veriləcəkdir.
 
BAKU.WS