SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz şimal-qərb küləyi əsəcək. Gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 4-6 dərəcə isti olacaq.

Rayonlarda isə bu gün hava yağmursuz keçəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 16-21 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

BAKU.WS