Hadisə zamanı xəsarət alan 2 qadın Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Xəsarət alanların vəziyyəti stabildir, həyatı təhlükələri yoxdur. 

***14.43

Bakının Yasamal rayonunda çoxmərtəbəli binada başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının 5 briqadası göndərilib. Stansiyadan BAKU.WS-ə verilən məlumata görə, ümumilikdə hadisə zamanı 13 nəfər xəsarət alıb. 5 uşağa və 6 böyüyə yerində yardım göstərilib. 1 nəfər 3 aylıq körpə, 26 və 53 yaşlı qadınlar və 43 yaşlı kişi Taksikologiya şöbəsinə gətirilib vəziyyətləri orta ağırdır.

***13.48


Bakının Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

Ziya SƏCCAD
BAKU.WS