VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı-çeçen münaqişəsinin qarşısını alan Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasov dünən rəhbəri olduğu İnternet televiziyası "Misra TV" vasitəsilə canlı yayım edərək Rusiyada yaşayan həmvətənlərinə müraciət edib.

BAKU.WS
 xəbər verir ki, müraciətdə prioritet məsələlərdən biri Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun tutduğu vəzifədən uzaqlaşdırılması üçün həmrəylik istəyi olub.

Onun bu istəyinə müsbət reaksiya verənlər çox olub. Rusiyada yaşayan azərbaycanlılar canlı yayıma etdikləri zəngləri və şərhləri ilə belə bir şəxsin vəzifədə olmasına qarşı olduqlarını bildiriblər.



Bu, həmin Ağadadaş Kərimovdur ki, Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında keçirilən görüşdən qovulub. Onun qovulmasına səbəb isə azərbaycanlı-çeçen münaqişəsini yaradan və qızışdıran erməniləri müdafiə etmək istəyi olub. Fuad Abbasov onun məqsədindən xəbər tutaraq buna imkan verməyib və onun xəyanətkar müdaxiləsinin qarşısını alıb.

Fuad Abbasov deyib ki, həyat yoldaşı erməni olan və qızını da erməniyə ərə verən Ağadadaş Kərimov hər zaman ermənilərin mövqeyini müdafiə edib. Təbii ki, azərbaycanlı-çeçen millətləri arasında münaqişənin səbəbkarının erməni olmasının üzə çıxarılıması erməniləri narahat etdiyindən Kərimov "Prezident" otelində baş tutan görüşdə çağırılmamış qonaq olsa da öz çevrəsi ilə məkana gələrək ermənilərin müdafiə mövqeyini müdafiə etmək istəyib. Lakin F.Abbasovun sayıqlığı nəticəsində o, buna nail olmayıb.

Abbasov belə bir şəxsin Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinin doğru olmadığını, birləşərək onun vəzifəsindən getməsinə nail olmağa çağırıb. Bunun üçün Moskvada yaşayan azərbaycanlıların dəstəyilə hüquqi prosedurlar başlamalıdır.



F.Abbasov canlı yayımda deyib ki, Rusiya Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Mehriban Sadıqovanın da vəzifəsindən getməsinin vaxtı gəlib və bu istiqamətdə işlər görəcək.

Fuad Abbasov canlı yayımda çeçenləri bizə qarşı ayağa qaldıran Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyanın çeçenləri qəzəbləndirən hərəkətini də açıqlayıb.

Erməni Harnik Alixan adlı çeçen gəncin həyat yoldaşını təhqir edib və bunu edərkən özünü azərbaycanlı kimi qələmə verib. Həyat yoldaşı, namusu təhqir olunan Alixan "WhatsApp" yazışmasında azərbaycanlıları təhqir etdiyi videonu Harnikə göndərib. 

Erməni təxribatçı Alixanın azərbaycanlıları təhqir etdiyi videonu "WhatsApp"da yayaraq öz məqsədinə çatıb. Nəticədə azərbaycanlılar Alixanı taparaq cəzalandırıblar. Məhz bu hadisədən sonra çeçenlər azərbaycanlılara qarşı ayağa qalxdı.  

Fuad Abbasov iki dost millət arasında düşmənçilik toxumu səpən şəxsin erməni olduğunu üzə çıxartdıqdan sonra Rusiya Federasiyasında yaşayan ermənilər ona qarşı kompaniyalar aparırlar. Ermənilərin apardığı kampaniyaya əks həmlə olaraq həmyerlimiz sosial şəbəkələrdə təbliğat işlərinə başlayıb.  Eləcə də, Fuad Abbasova qarşı təzyiqlər davam edərsə və sui-qəsdin qarşısının alınması, onun təhlükəsizliyinin təmin olunması üçün hər Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə müraciət olunması məqsədi ilə imza toplanması kompaniyasına başlanıb. İmza kampaniyasında iştirak etmək üçün bu linkə keçid edin!

Zülfiyyə Qurbanova
BAKU.WS


Fuad Abbasovun 24.02.2018 tarixində baş tutan canlı yayımı: