VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gecə dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölüm səbəbi məlum olub.

Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova BAKU.WS-ə açıqlamasında bildirib ki, Rövşən İbrahimov ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Rövşən İbrahimov Bakının Yasamal rayonunda Yeni Yasamal yaşayış massivində evində olarkən halı dəyişib.

“Rövşən İbrahimov yeni təyin edilmişdi. Naftalanda kirayədə qalırdı. Bakıdakı evlərinə tez-tez olmasa da, arada gedirdi”, - deyə Afət Cabbarova bildirib.

Xatırladaq ki, Rövşən İbrahimov 2018-ci ilin 18 may tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlayıb.

ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.

Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətinə görə Rövşən İbrahimov "Tərəqqi" medalı ilə tətif edilib.

Ziya SƏCCAD
BAKU.WS