VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyada yaşayan jurnalist Fuad Abbasov üçün imza kampaniyası başladılıb.

BAKU.WS xəbər verir ki, ermənilərin apardığı kampaniyaya əks həmlə olaraq həmyerlimiz sosial şəbəkələrdə təbliğat işlərinə başlayıb. 

9 qat Dünya, 3 qat Avropa çempionu Araz Musayev və vəkillər kollegiyasının üzvü Ramil Rüstəmov birgə müraciət ünvanlayıb:

"Tanınmış jurnalist olan, Rusiya Federasiyasında yaşayan Fuad Abbasova qarşı erməni düşmənlərimiz tərəfindən onun həbs olunması, ona qarşı sui-qəsd edilməsi kompaniyası aparılır. Bildiririk ki, Fuad Abbasov həmişə Azərbaycan xalqının və ümumilikdə Türk dünyasının maraqları uğrunda mübarizə apararaq bizi layiqincə təmsil edir.

Həmyerlimiz və fəxrimiz olan Fuad Abbasovun müdafiə olunması üçün bütün türk dünyasına, xüsusən Rusiya Federasiyasında yaşayan türk və azərbaycanlı qardaşlarımıza müraciət edirik!!! Fuad Abbasov Türk dünyasının fəxridir və qürur mənbəyidir! Əgər, qardaşımız Fuad Abbasova qarşı təzyiqlər davam edərsə və sui-qəsdin qarşısının alənması, onun təhlükəsizliyinin təmin olunması üçün hər şeyi edəcəyik. Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə müraciət olunması məqsədi ilə imza toplanması kompaniyasına başlayarıq!"

İmza kampaniyasında iştirak etmək üçün bu linkə keçid edin!

Şahin
BAKU.WS