VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Vergilər Nazirliyi vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib.

BAKU.WS xəbər verir ki, bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

Bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və yaxud şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır. Bununla da, cəmi bir toxunuşla vergi ödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.

Bu elektronxidmətdən istifadə etmək üçün aşağıdakı linklərə daxil ola bilərsiz:

http://www.taxes.gov.az/modul.php?name=pages&page=abroad

https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

BAKU.WS