VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ermənilər Göyçə gölündən unikal qalıqlar aşkar ediblər. 
 
BAKU.WS-in məlumatına görə, gölün dibindən eramızdan əvvəl 3-4-cü minilliyə aid olduğu ehtimal edilən əl işlərinin qalıqlarını tapıblar. Qalıqlar 8 metr dərinlikdə aşkar edilib. "Kilikiya” gəmisində aparılan tədqiqatlar nəticəsində gölün dibində qədim heyvanın da qalıqları ortaya çıxıb.  

Qeyd edək ki, Göyçə gölü (və ya Sevan gölü) – XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri göllərdən biri sayılır.. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəkiKəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası).

Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.

BAKU.WS