VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda yeni 12 metrostansiyası tikiləcək.

Bu barədə Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bənövşəyi xətt üzərində olan stansiyanın başlanğıcı “Avtovağzal”, sonu isə Qaraçuxur qəsəbəsində bitəcək.

“Şərti adı “B3” olan bənövşəyi xəttdə yerləşən stansiyalardan biri Cəlil Məmmədquluzadə küçəsində, Hərbi hospitalın yanında inşa edilir. Həmin stansiya 2020-ci ildə istifadəyə veriləcək. Digər stansiyaların tikintisi isə plana uyğun davam edəcək”, - deyə Bəxtiyar Məmmədov bildirib.

Ziya SƏCCAD
BAKU.WS