VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Gürcüstanda yanacağın qiyməti ucuzlaşdırılıb.
 
BAKU.WS-in məlumatına görə, ölkədə fəaliyyət göstərən bir neçə şirkət qiymətləri 5-6 tetri (2 qəpik) aşağı salıb. Qiymətləri aşağı salan şirkətlər arasında SOCAR Georgia Petroleum da var.
 
Şirkətdən bildirilib ki, qiymətlər onların bütün yanacaqdoldurma stansiyalarında (YDM) tətbiq edilir. Bütün yanacaq tipləri 5 tetri ucuzlaşdırılıb. SOCAR-ın YDM-lərində təklif olunan yanacaqların hazırki qiymətləri belədir: "Nano-requlyar" - 1,90 lari, "Evro requlyar" - 1,93 lari, "Nano-premium" 2,04, "Super" - 2,12 lari, "Nano-dizel" - 1,87 lari, "Avro-dizel" - 2,02 lari. 
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandan fərqli olaraq ölkəmizdə fəaliyyət göstərən YDM-lərində benzin qiymətləri daha bahadır. Hazırda "Super” markalı yanacağın qiyməti 1 manat 5 qəpik və "Premium” markalı yanacağın qiyməti isə 93 qəpikdir. 

ŞAHİN Həbibov 
BAKU.WS