SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İlkin məlumata əsasən, Dubayda baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
 
Bu barədə Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Azərbaycan Respublikasının Dubay əmirliyindəki Baş Konsulluğu mehmanxanada baş vermiş yanğında xəsarat alanlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub - olmaması məsələsini Dubay əmirliyinin rəsmi orqanları ilə araşdırır və məsələni nəzarətdə saxlayır.

Həmin mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları da olub. İlkin məlumata əsasən vətəndaşlarımız arasında xəsarət alan yoxdur.

BAKU.WS