VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Çeçen və Azərbaycan xalqları böyük mədəniyyətin davamçılarıdır. Hər hansı bir cinayət hadisəsi iki qardaş xalqın dostluq münasibətlərini poza bilməz".

BAKU.WS xəbər verir ki, bunu Çeçenistanın Mətbuat və İnformasiya naziri Canbulat Umarov İctimai Televiziyaya eksklüziv açıqlamasında deyib.

"Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı burada beynəlxalq terrorçuların yaratdığı fitnə, çeçenlərin həlak olduğu zaman Azərbaycan bizə açdığı qardaşlıq qucağını unutmayacaq. Moskvada kriminal münaqişələr baş verən zaman onların məqsədi mənəvi inkişaf, mədəniyyətin nümayişi deyil. Məqsəd pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir".

Canbulat Umarov Çeçen və Azərbaycan xalqının böyük sivilizasiyanın, böyük mədəniyyətin davamçıları olduğunu bildirib: "Bu zənginlik atadan oğula, oğuldan nəvəyə ötürülə-ötürülə indiki möhkəm qardaşlıq və dostluq əlaqələrinə çevrilib. Hər hansı cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməyindən asılı olmayaraq, yaymaq istəyənlər iki qardaş xalqın əlaqələrini, dostluq münasibətlərini poza bilməz. Bu əlaqələr yüz illiklərə söykənir".

Şahin
BAKU.WS