SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Eyvaz Hüseynovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

BAKU.WS-in məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eyvaz Mövsüm oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 15-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 60 yaşı tamam olur.

BAKU.WS