VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, yol qəzası Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Bildirilir ki, “Toyota” markalı avtomobil qəzaya uğrayıb. Avtomobil "BakuBus" avtobusu ilə toqquşub. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərə isə heç nə olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, minik maşını yüksək sürətlə hərəkət edərək "BakuBus" avtobusuna çırpılıb.

Qəza ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, 2 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan 99-JX-198 DQN-lı avtobusun iştirakı ilə qəza baş verib.

“Belə ki, “Toyota” markalı minik avtomobili Yusif Səfərov küçəsində idarəetməni itirərək avtobusa dəyib. Hadisə nəticəsində avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Minik maşınının sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə qəza minik avtomobilinin sürücüsünün günahı səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbləri müvafiq araşdırmadan sonra məlum olacaq”, - deyə M.Ağayev bildirib.



Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ziya SƏCCAD
BAKU.WS