VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dünyanın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs”ın əmtəə üzrə direktoru Jeffrey Kurrie 2016-cı ildə neftin qiymətinin 20 dollara qədər ucuzlaşması riskinin olduğu qənaətindədir.

BAKU.WS-in məlumatına görə, J.Kurrie neft bazarında təklif çoxluğunun 2016-cı ildə də davam edəcəyini deyib: "Əgər belə davam edərsə neftin qiymətinin 20 dollaradək ucuzlaşması riski var və bu da istehsal sahələrinin bağlanmasına gətirib çıxaracaq”.

Bəzi analitiklər isə neftin barrel qiymətinin hətta 15 dollaradək ucuzlaşacağını düşünürlər.
 
Qeyd edək ki, bu gün dünya birjalarında neftin qiyməti bahalaşıb. Nyu-Yorkun NYMEX birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar bahalaşaraq 37,16 dollar olub. Londonun İCE birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar artaraq 37,35 dollar təşkil edib. "AzəriLayt” markalı neftin qiyməti də bahalaşıb. Azərbaycan yüngül neftinin bir barrelinin qiyməti 0,18 dollar bahalaşaraq 38,23 dollar təşkil edib.
 
BAKU.WS