VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
"Ölkəmizin hər yerində, o cümlədən paytaxtda ictimai yerlər, parklar yaradılır. Bütün bunlar insanların rahatlığı üçün edilir. Son illərdə paytaxtın bütün kənd və qəsəbələri kimi Zirə qəsəbəsinin də inkişafı sürətlə gedir. Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyəti bu prosesə mühüm töhfə verib. Ərazidə icra olunan ekoloji layihənin müəllifi isə Leyla Əliyevadır".
 
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham əliyev Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkının açılışı zamanı söyləyib. Dövlət başçısı bildirib ki, ölkəmizdə sosial və infrastruktur layihələri, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramı uğurla icra olunur.
 
Dövlət başçısı 2015-ci ildə Azərbaycanda ictimai sabitliyin təmin edildiyini dedi, növbəti illərdə ölkəmizin iqtisadi inkişafının təmin olunmasının diqqət mərkəzində saxlanacağını vurğuladı. Gələn il idarəetmə sahəsində islahatların yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini bildirdi. "Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”,- deyən dövlətimiz başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırdı.

BAKU.WS