SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı idmançı Zabit Səmədov Çeçenistan lideri Ramzan Kadırovla birlikdə namaz qılıb.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Kadırov öz rəsmi Instagram səhifəsindən paylaşıb. Zabit Səmədov tez-tez məscidə gedən Kadırova bu dəfə yoldaşlıq edib. Azərbaycanlı idmançı namaz qıldıqdan sonra zikr edib və dualar edib. 
 
Xatırladaq ki, Azərbaycan əsilli döyüşçü Zabit Səmədov bir neçə gün öncə möhtəşəm qələbə qazanmışdı. 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb. "Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində "Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb və rəqibini məğlub etmişdi. 
 
Şahin Həbibov
BAKU.WS