VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
 
NİİM-dən BAKU.WS-ə verilən məlumata görə, bayram günləri ilə əlaqədar bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şossesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.
 
Qeyd edək ki, Dövlət Yol Polisi İdarəsi bayram günlərində rayonlar istiqamətində olan yollarda canlanma olacağı ilə bağlı gücləndirilmiş iş rejiminə keçəcək. Ölkədə 5 gün qeyri-iş günü olması ilə bağlı rayonlar istiqamətində hərəkət edən avtomobillərin sayının çox olmasını nəzərə alaraq yollarda xüsusi təhlükəsizik tədbirləri görüləcək, polis əməkdaşlarının sayı artırılacaq.

BAKU.WS